Mikayıl Cabbarov Təhsil Nazirliyinin aparat və şöbə rəhbərlərini özünə müşavir təyin edib

Mikayıl Cabbarov Təhsil Nazirliyinin aparat və şöbə rəhbərlərini özünə müşavir təyin edib
26 Dekabr 2017
Mətni dəyiş

Azərbaycanın vergilər naziri Mikayıl Cabbarov özünə iki müşavir və köməkçi təyin edib.

Abzas.net xəbər verir ki, Camal Qasımov və Elnur Əliyev nazirin yeni müşavirləri təyin ediliblər.

C.Qasımov bundan öncə Təhsil Nazirliyinin aparat rəhbəri, E.Əliyev isə nazirliyin informasiya şöbəsinin müdiri olub. E.Əliyev həmçinin, bir müddət Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini və müdir əvəzi olub.

M.Cabbarovun köməkçisi isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində və Təhsil Nazirliyində onun köməkçisi olmuş Ceyhunə Muxtarova təyin olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun