Micheil Saakashvili Kiyevdə saxlanılıb: ona qarşı ittihamlar irəli sürülüb

Micheil Saakashvili Kiyevdə saxlanılıb: ona qarşı ittihamlar irəli sürülüb
5 Dekabr 2017
Mətni dəyiş

Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Micheil Saakashvili Kiyevdə saxlanılıb.

Abzas.net xəbər verir ki, bu barədə Saakashvili-nin "Facebook" səhifəsində məlumat verilib.

Öncə hüquq-mühafizə orqanları Saakashvili-nin evində axtarış aparıblar. Buna etiraz olaraq Odessanın keçmiş qubernatoru yaşadığı binanın damına çıxıb və ona yaxınlaşacaqları halda özünü aşağı atacağı ilə təhdid edib.

Lakin sonradan hüquq-mühafizə orqanlarının əməkdaşları Saakashvili-ni elə damda tutmağa nail olublar.

Daha sonra Saakashvili-yə qarşı ittihamlar irəli sürülüb. O, cinayətkar təşkilatların iştirakçılarına kömək göstərmək və onların cinayətkar fəaliyyətlərini gizlətmək maddəsi üzrə ittiham olunur.

Saakashvili-nin silahdaşları ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında siyasətçinin Kiyevin mərkəzindəki evinin yaxınlığında qarşıdurma yaşanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun