Kataloniyada müstəqillik tərəfdarları seçkidə qalib gəlib

Kataloniyada müstəqillik tərəfdarları seçkidə qalib gəlib
22 Dekabr 2017
Mətni dəyiş

Dekabrın 21-də İspaniyanın Kataloniya regionunda seçki keçirilib.

Abzas.net xəbər verir ki, seçkidə Kataloniyanın müstəqilliyinin tərəfdarları qalib gəliblər.

Açıqlanan nəticələrə görə, müstəqilliyin tərəfdarı olan partiyalar az fərqlə Kataloniya parlamentində üstünlük qazanıblar.

Bu nəticə İspaniyanın baş naziri Mariano Rajoy-a böyük zərbə hesab edilir.

Kataloniya parlamenti müstəqilliyini elan etdikdən sonra, İspaniya hakimiyyəti Kataloniya parlamentini buraxmış, rəhbər strukturları istefaya göndərmiş, regionun müxtariyyatını isə məhdudlaşdırmışdı.

Daha sonra Kataloniyanın istefaya göndərilmiş prezidenti Carles Puigdemon və bir neçə rəhbərlikdə təmsil olunan şəxs barəsində həb qərarı çıxarılmışdı. Məhz bundan sonra Puigdemont nazirləri ilə birlikdə Belçikaya qaçdı. Puigdemont hal-hazırda Belçikadadır.

Televiziyada çıxış edən Puigdemont İspaniyanın məğlub olduğunu bildirib:

"İspaniya dövləti məğlub oldu. Ya Rahoy reseptini dəyişir, ya da biz ölkəni dəyişəcəyik"

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun