İmişli polisində intihar cəhdi

İmişli polisində intihar cəhdi
20 Dekabr 2017
Mətni dəyiş

İmişli rayon polis şöbəsinin müvəqqəti saxlama kamerasında saxlanılan Xalid İbrahimov və Asim Cəfərov kəsici alətlə özlərinə xəsarət yetirməklə intihara cəhd ediblər.

İmişli rayon polis şöbəsindən bu faktı təsdiq ediblər.

Polis əməkdaşları intiharın qarşısını alıblar. Hər iki şəxsə tibbi yardım göstərilib, vəziyətləri qənaətbəxşdir.

Hər iki şəxs CM-in 181 (quldurluq), 149 (zorlama) və 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli bilinir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun