Fələstin rəhbərliyi ABŞ-ın vitse-prezidentini qəbul etməkdən imtina edib

Fələstin rəhbərliyi ABŞ-ın vitse-prezidentini qəbul etməkdən imtina edib
8 Dekabr 2017
Mətni dəyiş

Fələstin rəhbərliyi Vaşinqtonun Yerusəlimi İsrailin paytaxtı kimi tanımasına etiraz olaraq ABŞ-ın vitse-prezidenti Mike Pencelə görüşməkdən imtina edib.

Abzas.net xəbər verir ki, bunu hakim FƏTH hərəkatının yüksək vəzifəli nümayəndəsi Cəbril Rəcib deyib.

Mahmoud Abbas hələ ki, bu məsələ ilə bağlı şərh verməyib.

Qeyd edək ki,  Mike Pence dekabrda İsrail və Fələstinə səfər etməyi planlaşdırır.

ABŞ isə Fələstini vitse-prezident Mike Pence ilə danışıqları ləğv etməməyə çağırıb.

Rəsmi Vaşinqton bunun danışıqların "zərərinə" ola biləcəyini vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun