Dekabrın 29-u imtahanda uğur qazananların sertifikat alması üçün son qeydiyyat günüdür

Dekabrın 29-u imtahanda uğur qazananların sertifikat alması üçün son qeydiyyat günüdür
29 Dekabr 2017
Mətni dəyiş
Dekabrın 29-u inzibati icraçı vəzifələrə aid olan qruplar üzrə keçirilən test imtahanından uğur əldə etmiş şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatı sona çatır. Abzas.net xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilir ki, inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün 17 dekabrda keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlər müvafiq sertifikatı əldə etmək üçün 29 dekabr saat 18:00-dək https://eservices.dim.gov.az/dqq/Xidmet/CertReg keçidinə daxil olaraq müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir: -  ali təhsil haqqında sənədin surəti; -  əmək kitabçasının surəti (olduğu halda). Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə)  təqdim etməlidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun