DÇ-2018-in püşkü atıldı

DÇ-2018-in püşkü atıldı
2 Dekabr 2017
Mətni dəyiş

Bu gün gələn il Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının püşkatma mərasimi keçirilib. Mərasimdə planetin ən yaxşı 32 komandası 8 qrupa bölünüb.

DÇ-2018-də Avropadan 14 komanda - Rusiya (təşkilatçı ölkə), Almaniya (son dünya çempionu), İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, İsveçrə, Xorvatiya, İsveç, Danimarka qatılacaq.

Mindialda Cənubi Amerikanı 5 yığma -  Braziliya, Kolumbiya, Uruqvay, Argentina və Peru təmsil edəcəksə, KONKAKAF-dan 3 milli - Meksika, Kosta-Rika, Panama yarışa vəsiqə qazanıb.

Asiyanın 5 komandası - İran, Yaponiya, Cənubi Koreya və Səudiyyə Ərəbistanı və Avstraliyanın mübarizə aparacağı turnirdə Afrika Nigeriya, Misir, Seneqal, Mərakeş, Tunislə təmsil olunacaq.

DÇ-2018-in qrupları aşağıdakı kimidir:

A qrupu

1. Rusiya 2. Səudiyyə Ərəbistanı 3. Misir 4. Uruqvay

B qrupu

1. Portuqaliya 2. İspaniya 3. İran 4. Mərakeş

C qrupu

1. Fransa 2. Peru 3. Danimarka 4. Avstraliya

D qrupu

1. Argentina 2. Xorvatiya 3. İslandiya 4. Nigeriya

E qrupu

1. Braziliya 2. İsveçrə 3. Kosta Rika 4. Serbiya

F qrupu

1. Almaniya 2. Meksika 3. İsveç 4. Cənubi Koreya

G qrupu

1. Belçika 2. İngiltərə 3. Tunis 4. Panama

H qrupu

1. Polşa 2. Kolumbiya 3. Seneqal 4. Yaponiya

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun