Britaniyalı deputat Əfqan Muxtarlını müdafiə edir

Britaniyalı deputat Əfqan Muxtarlını müdafiə edir
4 Dekabr 2017
Mətni dəyiş

Britaniya parlamentinin üzvü Piter Bottomli Azərbaycanlı jurnalist Əfqan Muxtarlının işinə reaksiya vermək çağırışı ilə hökumətə müraciət edib.

"Xarici işlər və Birlik işləri üzrə dövlət katibini rəsmi Bakı nümayəndələrinə araşdırmaçı jurnalist Əfqan Muxtarlının işi ilə bağlı narahatlığını ifadə etməyə çağırıram", deyə deputatın bəyanatında bildirilir.

Rəsmi London Bakını mayın 29-da Tbilisidə oğurlandığı və zorla Azərbaycana gətirildiyi bildirilən Muxtarlının işi üzrə ədalətli məhkəmə təhqiqatını təmin etməyə çağırmalıdır.

Deputat həmçinin rəsmi Londonu müstəqil jurnalistikanın rolunu və əhəmiyyətini Azərbaycan hakimiyyətinə izah etməyə çağırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun