BMT-nin 2018-2019-cu illərdə büdcəsi 5.4 mlrd. dollar təşkil edəcək

BMT-nin 2018-2019-cu illərdə büdcəsi 5.4 mlrd. dollar təşkil edəcək
27 Dekabr 2017
Mətni dəyiş

BMT-nin 2018-2019-cu illər üçün nəzərdə tutulan büdcəsi təsdiqlənib.

Abzas.net xəbər verir ki, bu barədə qərarı BMT-nin Baş Assambleyası qəbul edib.

2018-2019-cu illər ərzində BMT-nin illik büdcəsi 5,397 milyard dollar təşkil edəcək. Bu məbləğ, bundan öncəki 2 ilin büdcəsindən 236 mln. dollar çoxdur.

Büdcə siyasi fəaliyyət, beynəlxalq ədalət və hüquq, inkişaf üçün regional əməkdaşlıq, insan hüquqları və humanitar məsələlər, ictimai məlumatlar və bir sıra digər sahələr üzrə BMT fəaliyyətini əhatə edir.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun