Bakıda ağır qəza baş verdi, jurnalist öldü

Bakıda ağır qəza baş verdi, jurnalist öldü
13 Dekabr 2017
Mətni dəyiş

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Dekabrın 12-nə keçən gecə Bayraq meydanının qarşısında “Daewoo” markalı avtomobil yolu keçməyə çalışan 1950-ci il təvəllüdlü, Nərimanov rayon sakini Məmmədov Sabit Məmməd oğlunu vurub. Xəstəxanaya yerləşdirilən S.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. O, bu gün gündüz saatlarında keçinib.

Qeyd edək ki, vəfat edən Sabit Məmmədov (Emin Sabit imzası ilə yazırmış) "Təzadlar" qəzetinin əməkdaşıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun