Bakıda 13 yaşlı qız dəm qazından zəhərlənərək ölüb

Bakıda 13 yaşlı qız dəm qazından zəhərlənərək ölüb
12 Dekabr 2017
Mətni dəyiş

Bakının Sabunçu rayonunda dəm qazı 13 yaşlı qızın ölümünə səbəb olub.

Bədbəxt hadisə Maştağa qəsəbəsində baş verib.

Uzun müddət zənglərə cavab verməyən 2004-cü il təvəllüdlü qəsəbə sakini Hüseynova Gülsarə Oqtay qızı huşsuz vəziyyətdə yaxınları tərəfindən hamam otağında aşkarlanıb və bu barədə təcili tibbi yardım xidmətinə məlumat verilib. Ancaq ilkin baxış zamanı onun dünyasını dəyişdiyi məlum olub.

Məlumata görə, 13 yaşlı qız həmin vaxt evdə tək olub. Onun ailə üzvləri isə ölkədə deyilmiş.

Hadisəni Sabunçu prokurorluğu araşdırır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun