Avropa İttifaqı ABŞ-ı İran sazişini dəstəkləməyə çağırıb

Avropa İttifaqı ABŞ-ı İran sazişini dəstəkləməyə çağırıb
6 Dekabr 2017
Mətni dəyiş
Avropa İttifaqının xarici işlər komissarı Federica Mogherini ABŞ-ın dövlət katibi Rex Tillerson-la görüşündə Birləşmiş Ştatları İranla dünya gücləri arasında imzalanmış nüvə sazişini saxlamağa çağırıb. Tillerson dekabrın 5-də Mogherini ilə danışıqlardan sonra deyib ki, “İranın nüvə sazişinin şərtlərinə tam əməl etməsinə nəzarət etmək, həm də eyni zamanda Tehranın bütün region boyunca sabitsizləşdirici hərəkətlərini nəzərə almaq lazımdır”. Mogherini isə deyib ki, “İranla bütün başqa məsələləri müzakirə etmək üçün 2015-ci ilin nüvə sazişindən çıxmaq bizi heç də yaxşı vəziyytdə qoymaz”. ABŞ prezidenti Donald Trump ötən ay bildirmişdi ki, İran nüvə sazişinin “ruhuna” əməl etmir. 2015-ci ildə imzalanmış saziş İranın öz nüvə fəaliyyətini kəskin məhdudlaşdırması müqabilində onun üzərindəki beynəlxalq sanksiyaların qaldırılmasına imkan verib. Mogherini bunu da vurğulayıb ki, Yerusəlimin statusu məsələsini həll etmıək üçün “danışıqlara” ehtiyac var. Həm İsrail, həm də fələstinlilər bu şəhəri özlərinin paytaxtı hesab edirlər. Trump hazırda Yerusəlimi İsrailin paytaxtı kimi tanımaq məsələsini nəzərdən keçirir. Əksər müsəlman ölkələri belə bir addımın atılmasına qarşıdır. Ərəb Liqasının baş katibi Əhməd Əbülgeyt dekabrın 5-də Birləşmiş Ştatlara belə bir addımdan çəkinmək xəbərdarlığı verib. O deyib ki, Yerusəlimin İsrailin paytaxtı kimi tanınması “bütün regionda təbəddülatlar yaradacaq təhlükəli addımdır”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun