AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb

AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb
20 Dekabr 2017
Mətni dəyiş

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının gündəliyi açıqlanıb.

AŞPA-nın mətbuat xidmətinin məlumatına görə, qış sessiyası 2018-ci il yanvarın 22-26-da Strasburqda açılacaq.

Sessiyada AŞPA-ya yeni sədr, insan haqları üzrə komissar və Avropa İnsan Haqları Məhkəməsinə hakimlər seçiləcək.

Yığıncaqda Danimarkanın varis şahzadəsi, Avstriyanın prezidenti Alexander van der Bellen çıxış edəcək.

Yanvarın 24-də isə Ermənistan prezidenti Serj Sarkisian məruzə edəcək.

Yanvarın 26-da da Azərbaycan nümayəndə heyətinin üzvü Vüsal Hüseynovun hesabatı müzakirə olunacaq.

Sessiyanın gündəliyində Ukraynadakı silahlı münaqişənin humanitar nəticələri, Fələstin-İsrail münaqişəsinin tənzimlənməsi prosesi, Avropada antisemitzmin artması, İslamofobiya və ksenofobiya məsələləri də var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun