AFFA "Zirə" və "Sumqayıt" klublarını cəzalandırıb

AFFA "Zirə" və "Sumqayıt" klublarını cəzalandırıb
20 Dekabr 2017
Mətni dəyiş
AFFA İntizam Komitəsi "Zirə" və "Sumqayıt" klublarını cəzalandırıb. Buna Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündə baş vermiş olaylar səbəb olub. “Neftçi” – “Zirə” matçında qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib. 90+4-cü dəqiqədə isə “Zirə”nin futbolçusu Yovan Krneta hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Nəticədə o, 4 oyunluq cəzaya, klubu 3200 manat cəriməyə məruz qalıb. Bundan başqa "Qarabağ"la ev oyununun 90-cı dəqiqəsində "Sumqayıt” azarkeşləri pirotexniki vasitələrdən yararlanıblar. Bu addım kluba 800 manat cərimə bahasına başa gəlib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun