AFFA danışılmış oyunlara görə iki futbolçunu ömürlük futboldan kənarlaşdırıb

AFFA danışılmış oyunlara görə iki futbolçunu ömürlük futboldan kənarlaşdırıb
1 Dekabr 2017
Mətni dəyiş

“Keşlə”nin müqavilələrinə xitam verdiyi oyunçuları Nizami Hacıyevə və Mirhüseyn Seyidova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilib.

AFFA-nın rəsmi saytı xəbər verir ki, bununla bağlı qərar İntizam Komitəsinin iclasında qəbul olunub.

Qərarda deyilir ki, “Keşlə” Peşəkar Futbol Klubunun AFFA-ya rəsmi müraciətinə, hüquq-mühafizə orqanları tərəfindən təqdim edilmiş məktuba və UEFA-dan daxil olmuş məlumatlara əsasən, iştirakçısı olduğu oyunun idman nəticəsinin manipulyasiyasına görə N.Hacıyevə və M.Seyidova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilib.

Bildirilib ki, oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı ilə bağlı şübhələrin mövcud olduğu digər futbolçular barədə araşdırma davam etdirilsin.

Tərəflər bu qərarı aldıqdan sonra 15 (on beş) gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına qərarla bağlı apellyasiya şikayəti verə bilərlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun