Papa Francis mühacirləri qovmamağa çağırıb

Papa Francis mühacirləri qovmamağa çağırıb
25 Dekabr 2017
Mətni dəyiş

Papa Francis Milad bayramı çıxışında dünyanı "acınacaqlı vəziyyətdə olan milyonlarla mühaciri öz torpaqlarından qovmamağa" çağırıb.

O, Bibliyadan sitat gətirərək mühacirləri Mary (Mariya)və Joseph-lə (Yusif) müqayisə edib, deyib ki, onlar da Nazaretdən Bethlehemə gəliblər, amma qalmağa yer tapmayıblar.

Papa Francis vurğulayıb ki, onlar "rahatca günahsız qan axıdanların" əlindən qaçmağa məcbur olublar.

Papa Francis deyib ki, mühacirlər öz evlərini ona görə tərk etməyiblər ki, belə istəyirlər, onlar yaxınlarını buraxıb getməyə məcbur qalıblar.

Francis ənənəvi Milad çıxışını birinci gün edəcək.

81 yaşlı Roma papası özü Buenos-Ayresdə mühacir İtaliya ailəsində anadan olub. Mühacirlərin müdafiəsi və qayğısı onun papalığı qarşısında duran əsas vəzifələrdən biridir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun