Siyavuş Novruzov: "Bəzi səfirliklər bağlansın"

Siyavuş Novruzov: "Bəzi səfirliklər bağlansın"
21 Noyabr 2017
Mətni dəyiş
Yeni Azərbaycan Partiyası (YAP)ehtiyac olmayan ölkələrdə səfirliklərin ixtisara salınmasını təklif edib.

"Ölkə.Az"ın məlumatına görə, YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında 2018-ci il üzrə büdcə müzakirələri zamanı deyib ki, aidiyyəti qurumalar bəzən Azərbaycanın lazım olmayan yerində səfirliklərin fəaliyyətinə şərait yaradırlar, bəzən də lazım olan yerdə səfirlik olmur.

O qeyd edib ki, Şərqi Avropa, Baltikyanı ölkələrin hər birində səfirlik olduğu halda Avstraliyada yoxdur: “Biz buna yenidən baxmalıyıq. Ümumiyyətlə, buna nəzarət etməliyik. Lazım olmayan yerlərdə səfirlikləri ixtisar etməliyik ki, lazım olan yerlərdə normal fəaliyyəti bərpa olunsun”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun