“Şahdəniz” layihəsinə bu il 2,648 mlrd. dollar həcmində vəsait xərclənib

“Şahdəniz” layihəsinə bu il 2,648 mlrd. dollar həcmində vəsait xərclənib
20 Noyabr 2017
Mətni dəyiş

Bu ilin yanvar-sentyabr ayları ərzində “Şahdəniz” konsorsiumu Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz kondensat yatağının işlənməsi layihəsi üzrə fəaliyyətlərə  2,648 mlrd. ABŞ dolları həcmində vəsait xərcləyib.

Şahdəniz” yatağının operatoru olan “BP-Azerbaijan” şirkəti xəbər verir ki, bu məbləğin, təqribən, 368 mln. dolları əməliyyat xərcləri və təqribən, 2,28 mlrd. dolları əsaslı xərclər olub.

Bu ilin 9 ayı ərzində “Şahdəniz” üzrə əməliyyat xərclərinin həcmi ötən ilin müvafiq dövründən 10% artıb, əsaslı xərclərin həcmi isə 17,7% azalıb.

Qeyd edilib ki, əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz Mərhələ 2” layihəsinə aiddir.

Xatırladaq ki, "Şahdəniz" yatağı Bakıdan 70 km cənub-şərqdə, suyun dərinliyinin 50-500 metr arasında dəyişdiyi Xəzər dənizinin şelf zonasında yerləşir. Yatağın ehtiyatları 1,2 trln. kubmetr qaz həcmində qiymətləndirilir. Yataq dünyanın ən iri qaz və qaz-kondensat yataqlarından hesab olunur.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Layihədə BP (operator - 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun