Qüdrət Həsənquliyev: ''Azərişıq' və 'Azəristiliktəchizat' özəlləşdirilməlidir'

Qüdrət Həsənquliyev: ''Azərişıq' və 'Azəristiliktəchizat' özəlləşdirilməlidir'
13 Noyabr 2017
Mətni dəyiş

""Azərişıq" ASC və "Azəristiliktəchizat" ASC özəlləşdirilməlidir".

Bu təkliflə, noyabrın 13-ü Milli Məclis komitələrinin 2018-ci il büdcəsinin birgə müzakirəsində deputat Qüdrət Həsənquliyev çıxış edib.

Onun sözlərinə görə, bu qurumlar dərhal özəlləşdirilməsə, orada problemlər nəinki həll olunmayacaq, əksinə, daha da dərinləşəcək.

Hər iki dövlət qurumunun ziyanla işlədiyi bildirilir.

Deputat əhali sayı Azərbaycanın yarısı qədər olan Norveçin büdcəsinin 221 milyard dollar olmasına diqqət çəkib:

"Bu ölkənin Neft Fondunun vəsaitləri 1 trilyon dollara çatıb. Yəni, biz bu cür ölkələrdən nümunə götürməliyik. Bizim büdcənin həcminə baxanda, hər şey aydın olur".

Q.Həsənquliyev ciddi islahatlar aparılmadığı, radikal addımlar atılmadığı halda vəziyyəti dəyişməyin mümkünsüzlüyünü bildirib. O hesab edir ki, iqtisadiyyatın həcmi azdır.

"Ona görə də qeyri-neft sektorunda 2.4 faiz artım olanda, sevinirik. Amma bu rəqəm iqtisadiyyatın sürətli inkişafını təmin etmir".

Komitələr büdcə layihəsini qəbul edərək parlamentin plenar iclasına tövsiyə ediblər.

Noyabrın 21-də layihənin müzakirəsi gözlənir. Komitələrdə ötən həftədən müzakirələr başlamışdı.

2018-ci il üzrə dövlət büdcəsinin gəlirləri 20.127 mlrd. manat, xərcləri isə 20 mlrd. 905.7 mln. manat proqnozlaşdırılır. Dövlət büdcəsinin 778.,7 mln. manat məbləğində kəsirlə icra olunacağı gözlənilir.

Büdcə layihəsində neftin dəyəri 45 dollar götürülüb.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun