Qarabağın futbolçusu əsgərliyə yollandı

Qarabağın futbolçusu əsgərliyə yollandı
20 Noyabr 2017
Mətni dəyiş
Çempionlar Liqasının qrup mərhələsində növbəti matçını sabah "Çelsi" ilə keçirəcək "Qarabağ" klubunun heyətində daha bir futbolçumuzun olmayacağı bildirilir.

"Sportlife.az" saytının yaydığı xəbərə görə Qurban Qurbanov daha bir futbolçusunu itirmək üzrədi. Belə ki, Ağdam klubunun gənc hücumçusu Elşən Abdullayev hərbi xidmətə yollanıb.

Perspektivli futbolçumuzun Bakıdakı hərbi hissələrdən birində həqiqi hərbi xidmətə yollandığı bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun