PKK ilə atışmada Türkiyə ordusunun 8 əsgəri şəhid olub

Türk hərbçilərlə PKK terrorçuları arasında atışma olub.

Abzas.net xəbər verir ki, İraqın şimalından Türkiyəyə keçmək istəyən PKK terrorçuları ilə sərhədi qoruyan hərbçilər arasında atışma olub.

Terrorçuların Hakkari rayonunun Şəmdinli qəsəbəsinə keçmək istədikləri bildirilir.

Silahlı atışma nəticəsində 8 türk əsgər şəhid olub. 4 terrorçu məhv edilib.

Bölgəyə vertolyotlar cəlb edilib. Hal-hazırda ərazidə geniş miqyaslı əməliyyatlar aparılır.