Kiyevdə mitinq zamanı DİN-in müşaviri iştirakçılar tərəfindən döyülüb

Kiyevdə mitinq zamanı DİN-in müşaviri iştirakçılar tərəfindən döyülüb
6 Noyabr 2017
Mətni dəyiş

Ukrayna paytaxtı Kiyev şəhərində məhkəmə qarşısında mitinq keçirənlər ölkənin Daxili İşlər Nazirliyinin müşaviri Zorian Shkiryak-ı döyüblər.

Bu barədə "İcmalçı" nəşri məlumat verib.

Onlar eyni zamanda "nəhayət, əlimizə keçdin" deyə qışqırıblar.

Cinayət və mülki işlərə baxılması üzrə Ukrayna Ali İxtisaslaşdırılmış Məhkəməsinin binası yaxınlığında bu gün daha əvvəl məhkum edilmiş sərhədçiyə dəstək məqsədilə mitinq keçirilir. Nazirin müşaviri məhkumu dəstəkləməyə gəlibmiş.

Ancaq məhkəmə binası qarşısında əksəriyyəti kamuflyaj formasında olan onlarla insan nazir müşavirini əhatəyə alıb və döyüb. Bütün bunlar Z.Shkiryak-ın ünvanına yönələn qeyri-etik sözlərlə müşayiət olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun