İmkanlı rusiyalıların Avropaya qaçışı sürətlənib

İmkanlı rusiyalıların Avropaya qaçışı sürətlənib
21 Noyabr 2017
Mətni dəyiş

İmkanlı rusiyalılar iqtisadi böhran və Qərbin sanksiyaları fonunda xaricdə daşınmaz əmlakın alışını sürətləndiriblər.

"Politsturm" saytı xəbər verir ki, bu barədə məlumat "KnightFrank" beynəlxalq konsaltinq şirkəti tərəfindən hazırlanan hesabatda yayımlanıb.

Hesabatda bildirilir ki, 2017-ci ilin ilk 10 ayı ərzində rusiyalıların xaricdə daşınmaz əmlak sifarişləri illik müqayisədə 2 dəfə artıb. Ən populyar istiqamətlər isə Almaniya və İtaliyadır. Üçüncü sıraya yenidən Kipr yüksəlib. Belə ki, Kipr daşınmaz əmlak sahiblərinə pasport vəd verir və bu ölkədə müxtəlif vergi güzəştləri mövcuddur. Qeyd edək ki, əgər 2016-cı ildə Kiprdə 2-50 mln. avroluq daşınmaz əmlak sifarişləri məcmu sifarişlərin 15%-ni təşkil edirdisə, bu ilin ilk 10 ayında bu göstərici 32%-ə yüksəlib.

"KnightFrank" şirkətinin Xarici bazarlar üzrə Departament direktoru Marina Şalayeva bildirib ki, 2017-ci il yaşayış üçün nəzərdə tutulan daşınmaz əmlakla yanaşı Avropada hazır biznes almaq üçün tələbi 6 dəfə artırıb. Şirkətin hesabatında qeyd olunub ki, son 2 ildə rusiyalıların xaricdə əmlak almaq üçün xərclədiyi vəsaitin həcmi 38% azalaraq orta hesabla 4 mln. avro (4,7 mln. dollar) təşkil edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun