Hüquq müdafiəçisi prokurorluğa çağırılıb

Hüquq müdafiəçisi prokurorluğa çağırılıb
22 Noyabr 2017
Mətni dəyiş

Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi Mərkəzinin rəhbəri və onlayn "Yüksəliş Naminə" qəzetinin baş redaktoru Elçin Məmməd noyabrın 22-də prokurorluğa çağrıldığını bildirir.

"Bugün, noyabrın 22-si səhər mənə Sumqayıt şəhər prokurorunun köməkçisi Elviz Salayev zəng edərək, saat 15:00-da prokurorluğa gəlməli olduğumu dedi. Səbəbi ilə maraqlansam da, "yerində bilərsən" dedi", - E.Məmməd bildirib.

E.Məmməd bunu hüquq müdafiəçisi kimi fəaliyyəti və saytdakı yazıları ilə əlaqələndirir. Onun deməsinə görə, son vaxtlar saytda məhkəmələrdə nümayəndəlik institutunun məhdudlaşdırılması, vəkillərə təzyiqlər, siyasi məhbus sayılan şəxslərin hüquqlarının pozulması ilə bağlı tənqidi materiallar dərc edilib.

E.Məmməd əvvəllər də dəfələrlə müxtəlif səbəblərlə prokurorluq və polis orqanlarına çağrılıb, hətta sərhəddə saxlanaraq buraxılıb.

Onun Sumqayıt Şəhər Prokurorluğuna çağrılmasına hələlik bu qurumdan münasibət almaq mümkün olmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun