HRW Rusiyanı tənqid edir

HRW Rusiyanı tənqid edir
30 Noyabr 2017
Mətni dəyiş

Rusiyada fərdlər və qruplar “arzuolunmaz” elan olunmuş xarici qurumların vebsaytlarına istinad yerləşdirməyə görə təqib olunurlar. Human Rights Watch insan haqları təşkilatı noyabrın 30-da verdiyi bəyanatla prezident Vladimir Putin-in 2015-ci ildə imzaladığı bu qanunun necə icra olunmasını tənqid edib.

Qurum bildirir ki, hökumət bu “qəsdən qarışıq yazılmış qanun”dan rusiyalıları hədəfə almağa istifadə edir, onların “arzuolunmaz” xarici təşkilatlarla əlaqəli olduğunu iddia edir.

Qərbin pislədiyi bu qanun Rusiya baş prokuroruna milli təhlükəsizliyə “hədə” kimi gördüyü istənilən xarici QHT-ni “arzuolunmaz” elan etmək imkanı verir.

Qanun həmçinin rusiyalı fərdlərin, yaxud qrupların belə qruplardan pul qəbul etməsini, onların materiallarını yaymasını yasaqlayır.

HRW bildirir ki, Rusiya 2015-ci ildən çoxu Amerikanın olmaqla, 11 təşkilatı qara siyahıya salıb.

“Hakimiyyət bu qanundan yararlanmaqla təşkilatları cəzalandırır”, – Human Rights Watch-un Avropa və Orta Asiya üzr direktoru Hugh Williamson deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun