FIFA-nın yeni prezidenti Azərbaycana gəlir

FIFA-nın yeni prezidenti Canni İnfantino ilk dəfə Azərbaycana səfər edəcək.

Abzas.netin AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, ali futbol qurumunun rəhbəri noyabrın 21-də Bakıda FIFA İcraedici Futbol Sammitinə qatılacaq.

Tədbirdə FIFA-nın baş katibi Fatma Samura, Azərbaycana yaxın regionda yerləşən ölkələrin futbol federasiyalarının, həmçinin FIFA üzvü olan müxtəlif konfederasiyaların tərkibindəki milli assosiasiyaların rəhbər şəxsləri iştirak edəcəklər.

Sammit iştirakçılarının siyahısına Əfqanıstan, Tacikistan, Türkmənistan, Benin, Çad, Cibuti, Özbəkistan, Belarus, Gürcüstan, Qazaxıstan, Latviya, Moldova, Ukrayna və Rusiya futbol federasiyaları daxildir.