Bakıda top mərmisi tapılıb

Bakıda top mərmisi tapılıb
28 Noyabr 2017
Mətni dəyiş

Bakının Xətai rayonu ərazisində 2 zenit top mərmisi tapılıb, Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilir. Nazirlik bildirir ki, top mərmilərindən biri təlim-tədris təyinatlı, digəri isə döyüş tətbiqinə yararlı olub. Qurum Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə getdiyini bildirir. Silah-sursatın zərərsizləşdirilməsinə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) mütəxəssisləri də cəlb olunub, məlumatda deyilir. Mərmilər zərərsizləşdirilməsi üçün ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun