Azərbaycan Gürcüstandan 54 mln. dollarlıq minik avtomobili idxal edib

Azərbaycan Gürcüstandan 54 mln. dollarlıq minik avtomobili idxal edib
30 Noyabr 2017
Mətni dəyiş

2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Gürcüstandan ən çox minik avtomobilləri idxal edib.

Gürcüstanın Milli Statistika İdarəsindən APA-nın yerli bürosuna verilən məlumata əsasən, idxal olunmuş minik avtomobillərinin dəyəri 54 mln. 51,7 min dollar təşkil edib.

Azərbaycanın qonşu ölkədən idxal etdiyi məhsulların ilk üçlüyünə medikamentlər və tütün məmulatları da daxildir. Cari ilin 10 ayı ərzində Azərbaycan Gürcüstandan 19 mln. 115,9 min dollar məbləğində medikament və 10 mln. 219,7 min dollar məbləğində isə tütün məmulatları idxal edib.

Hesabat dövründə Azərbaycan Gürcüstana ən çox qaz və digər qaz halında karbohidrogenlər (226 mln. 417,3 min dollar), neft və neft məhsulları (80 mln. 772,9 min dollar) və elektrik enerjisi (43 mln. 339,3 min dollar) ixrac edib.

Qeyd edək ki, cari ilin ilk 10 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 650,4 mln. dollar təşkil edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun