"AST" Telman sığınacaq üçün Fransaya müraciət edib

"AST" Telman sığınacaq üçün Fransaya müraciət edib
22 Noyabr 2017
Mətni dəyiş

"AST" Telman kimi tanınan iş adamı Telman İsmayılov Fransa hökumətinə siyasi sığınacaq üçün müraciət edib.

Abzas.net xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

T.İsmayılov bildirib ki, onun əlində Rusiyanın  güc strukturlarının rəhbərlərinə qarşı kompromat materiallar var. Fransa höküməti onu müdafiə etməyə qərar versə, o, bu materialları Fransanın xüsusi xidmət orqanlarına verə bilər.

İş adamı Fransanın Provans regionundakı Antib kommunasına köçməyi planlaşdırır.

Rusiyada, Moskva Basmannı Məhkəməsi T.İsmayılovun həbsi barədə qərar qəbul edib.

T.İsmayılovun vəkili onun iki qətl hadisəsində və qanunsuz silah dövriyyəsində təqsirləndirildiyini bildirib.

Biznesmenin indi harada olması məhkəməyə məlum deyil.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun