YUNESKO-da seçkilər: 3-cü turda da rəhbəri seçmək mümkün olmayıb

YUNESKO-da seçkilər: 3-cü turda da rəhbəri seçmək mümkün olmayıb
12 Oktyabr 2017
Mətni dəyiş

Fransanın paytaxtı Parisdə YUNESKO-nun baş direktoru postuna seçkilərin üçüncü turu keçirilib.

Abzas.net xəbər verir ki, YUNESKO-nun baş direktorunu 3-cü turda da seçmək mümkün olmayıb. Namizədlərin heç biri tələb olunan səs baryerini aşa bilməyib.

Seçkini qazanmaq üçün namizəd 58 səsdən minimum 30-nu qazanmalıdır. Seçkinin növbəti turu bu gün keçiriləcək.

Qurumun rəhbəri postu uğrunda hal-hazırda 5 ölkənin nümayəndəsi mübarizə aparır. Bunlar Qətər, Misir, Fransa, Çin və Livan təmsilçiləridir.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu əvvəl namizədlər sırasında olsa da, seçkinin 1-ci turundan sonra namizədliyini geri çəkib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun