'Taliban' Əfqanıstanda polis idarəsinə hücum edib: 50 ölü, 200-dək yaralı [yenilənib]

'Taliban' Əfqanıstanda polis idarəsinə hücum edib: 50 ölü, 200-dək yaralı [yenilənib]
17 Oktyabr 2017
Mətni dəyiş

Əfqanıstanda “Taliban” silahlı qruplaşmasının üzvləri polis idarəsinə hücum ediblər. 

Abzas.net xəbər verir ki, hadisə nəticəsində 50 nəfər ölüb, 200-ə yaxın insan yaralanıb.

Bu barədə Əfqanıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Hadisə Paktiya əyalətinin Qardez şəhərində baş verib.

Qardez şəhəri Polis İdarəsinin yaxınlığında minalanmış iki avtomobilin terrorçular tərəfindən partladıldığı bildirilir.

Bundan sonra silahlılar polis idarəsinin binasına girməyə cəhd göstəriblər. Lakin onların hücumunun qarşısı alınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun