Siyavuş Novruzov: Bəzi deputatlar “Əsrin müqaviləsini” bəyənmirdi

Siyavuş Novruzov: Bəzi deputatlar “Əsrin müqaviləsini” bəyənmirdi
31 Oktyabr 2017
Mətni dəyiş
“Bu layihəni xəyal adlandırırdılar, onlar layihənin gerçəkləşəcəyinə inanmırdılar”.

"Ölkə.Az"ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov "Azəri-Çıraq-Günəşli" üzrə yeni sazişin ratifikasiyası zamanı deyib.

O bildirib ki, tarix bu fikirlərin xülya olduğunu göstərdi: “O zaman bu müqaviləni bəyənməyənlərdən hazırda Milli Məclisin iclasında oturanlar da var, sazişi dəstəkləyirlər. Digərləri də zamanla başa düşəcəklər”.

S.Novruzov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev sözünün üstündə duran şəxs kimi tanınır, dəstəklənir: “Ölkədə bu müddət ərzində məktəblər, xəstəxanalar, iaşə obyektləri tikilib, abadlıq-quruculuq işləri görülüb”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun