Səudiyyə Ərəbistanında qadınlar stadionda futbola baxa biləcək

Səudiyyə Ərəbistanında qadınlar stadionda futbola baxa biləcək
30 Oktyabr 2017
Mətni dəyiş

Səudiyyə Ərəbistanında qadınlar stadionda buraxılacaq.

Abzas.net xəbər verir ki, bu qərarı oktyabrın 29-da Baş İdman İdarəsi (GSA)elan edib.

Qərara əsasən, yeni ildən qadınların idman stadionlarına girişinə icazə veriləcək.

Son dövrlər Səudiyyə Ərəbistanında qadınlara olan qadağalar tədricən yüngülləşir.

Bundan daha öncə ilk dəfə olaraq qadınlara maşın sürməyə icazə verilib.

Bu dəyişikliklər vəliəhd Şahzadə Mohammed Bin Salman-ın “Vision 2030” islahatlar planı çərçivəsində gerçəkləşdirilir. Məlumata görə, növbəti addım kimi, ölkədə qadınların kinoteatrlara girişinə olan qadağanın aradan qaldırılması planlaşdırılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun