Prezident yığmanın oyununu sıravi azarkeşlərlə birgə izlədi

Prezident yığmanın oyununu sıravi azarkeşlərlə birgə izlədi
10 Oktyabr 2017
Mətni dəyiş

İslandiya prezidenti Gudni Johannesson ölkəsinin futbol üzrə yığma komandasının oyununu azarkeşlərlə birgə izləyib.

Ölkə başçısı 2018-ci il dünya çempionatının seçmə mərhələsinin sonuncu – X turu çərçivəsində Kosovoya qarşı görüşə VİP lojadan deyil, azarkeş tribunasından baxmağı üstün tutub.

Oyun islandiyalıların 2:0 hesablı qalibiyyəti ilə nəticələnib. Bu qələbədən sonra xalını 22-ə çatdıran İslaniya yığması İ qrupunda 1-ci olub və mundiala birbaşa vəsiqə qazanıb. Bu, həm də şimallıların iştirak edəcəkləri ilk dünya çempionatı olacaq.

İ qrupunda Xorvatiya 20 xalla 2-ci, Ukryana isə 17 xalla 3-cü olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun