Pakistan türk müəllimi Türkiyəyə təhvil verib

Pakistan türk müəllimi Türkiyəyə təhvil verib
17 Oktyabr 2017
Mətni dəyiş

Pakistanda PakTürk özəl məktəblər şəbəkəsinin keçmiş direktoru ailəsiylə birlikdə deportasiya olunub. Məlumatı türkiyəli müəllimin keçmiş həmkarları və vəkili yayıb.

Mesut Kaçmaz arvadı və iki qızıyla birlikdə Pakistandan çıxarılıb. O, sentyabrda ölkənin şərqindəki Lahor şəhərində saxlanmışdı.

Pakistan hökumətinin adının açıqlanmasını istəməyən rəsmisi "Reuters" agentliyinə deyib ki, ailə ötən həftəsonu Türkiyəyə deportasiya olunub və təhlükəsizlik əməkdaşları tərəfindən nəzarətə alınıb.

Türkiyə PakTürk şəbəkəsinin ABŞ-da yaşayan Fethullah Gülen-ə bağlı olduğunu iddia edir. Ankara Gülen-i ötənilki uğursuz çevriliş cəhdinin arxasında durmaqda suçlasa da, Gülen bunu rədd edir.

PakTürk də Gülen-ə hər hansı bağlılığını danır.

M.Kaçmaz və ailəsi 2018-ci ilin noyabrınadək Pakistanda qaçqın kimi sığınacaq almışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun