Novruz Məmmədov: “Tezliklə Dağlıq Qarabağ da bu nailiyyətlərdən bəhrələnəcək”

Novruz Məmmədov: “Tezliklə Dağlıq Qarabağ da bu nailiyyətlərdən bəhrələnəcək”
18 Oktyabr 2017
Mətni dəyiş

Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibəti ilə əhalini təbrik edib. Abzas.net xəbər verir ki, N.Məmmədov ötən 26 ildə Azərbaycanın müstəqil dövlət kimi dünyaya tanındığını söyləyib:

“Bu gün müstəqilliyinin 26-ci ilində keçdiyi inkişaf yolu və əldə etdiyi nailiyyətləri ilə Azərbaycan Respublikası bütün dünyaya səs sala bilib. Əminəm ki, erməni işğalçılarından tezliklə azad olunacaq Dağlıq Qarabağ və digər rayonlar da bu nailiyyətlərdən bəhrələnəcəklər. Bütün məni izləyənləri Dövlət Müstəqilliyi günü münasibəti ilə ürəkdən təbrik edirəm!”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun