Nepalda avtobusun dərəyə aşması nəticəsində 19 nəfər ölüb, 16 nəfər yaralanıb

Nepalda avtobusun dərəyə aşması nəticəsində 19 nəfər ölüb, 16 nəfər yaralanıb
28 Oktyabr 2017
Mətni dəyiş

Nepalda sərnişin avtobusu dərəyə aşıb.

Abzas.net xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Hadisə nəticəsində ən azı 19 nəfər həlak olub. Daha 16 nəfərin yaralandığı bildirilir.

Məlumata görə, hadisə zamanı avtobusda 40 nəfərə yaxın insan olub.

Avtobus Rajbiraj şəhərindən, Nepalın paytaxtı Katmanduya gedirmiş.

Hadisə yerində xilasetmə əməliyyatı aparıldığı bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun