Müsavat Partiyası piket keçirmək barədə qərar qəbul edib

Müsavat Partiyası noyabrın 3-də Bakı şəhəri İcra Hakimiyyətinin binası qarşısında etiraz piketi keçirilməsi barədə qərar qəbul edib.

Abzas.net xəbər verir ki, bu barədə Müsavat Partiyasının mətbuat xidməti məlumat yayıb.

Açıqlamada deyilir ki, oktyabrın 23-də Müsavat Partiyasının Divanında Bakı şəhər İcra Hakimiyyətinin partiyasının oktyabrın 21-də planlaşdırdığı yürüşə qanunsuz qadağa qoyması müzakirə olunub.

Partiyanın Divanında həmçinin, hökumətin yürüş qadağasına qarşı hüquqi və siyasi addımların atılması əsas müzakirə mövzusu olub.

Müzakirələrdən sonra Divan piket keçirmək barədə qərar qəbul edib.