Moldovada parlament sədri prezident oldu

Moldovada parlament sədri prezident oldu
24 Oktyabr 2017
Mətni dəyiş

Moldova parlamentinin sədri Andrian Kandu İqor Dodon-un əvəzinə prezident funksiyalarını yerinə yetirəcək.

Moldova parlamentinin sədrinin mətbuat xidmətinin məlumatına görə, A.Kandu Prezident Administrasiyasından parlamentə bütün zəruri sənədlərin daxil olacağı təqdirdə oktyabrın 24-də Eugen Sturza-nın müdafiə naziri vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalamaq niyyətindədir.

Oktyabrın 20-də Moldovanın Konstitusiya Məhkəməsi Nazirlər Kabinetinin prezidentin öz vəzifələrini yerinə yetirməkdən imtina etdiyi halda dövlət başçısı səlahiyyətlərinin başqa vəzifəli şəxs tərəfindən icra edilməsinin mümkünlüyü ilə bağlı sorğusuna baxıb. Məhkəmə İ.Dodon-un müvəqqəti olaraq öz vəzifələrini yerinə yetirmək vəziyyətində olmadığını və onun səlahiyyətlərinin parlament sədri və ya baş nazir tərəfindən icra edilə biləcyini açıqlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun