MDB Sərhəd Qoşunlarının komandanları Bakıya toplaşdı

MDB Sərhəd Qoşunlarının komandanları Bakıya toplaşdı
19 Oktyabr 2017
Mətni dəyiş

Bu gün Bakıda MDB Sərhəd Qoşunları komandanları şurasının 78-ci iclası keçirilib.

İclasda 8 ölkənin sərhəd qoşunları xidmətinin nümayəndələri iştirak edib. Tədbirə həmçinin MDB icrayə komitəsinin rəhbəri də qatılıb.

Tədbirdə iştirak edən MDB sərhəd qoşunları komandanları şurasının koordinasiya xidmətinin sədri, Rusiya Sərhəd Qoşunları komandanının sədr müavini Aleksandr Manilov bildirib ki bu günki iclasın gündəliyinə üzv ölkələrin xarici sərhədlərində sərhəd təhlükəsizliyinin möhkəmlənməsi ilə bağlı 9-dan çox əsas məsələ daxil edilib. Onun sözlərinə görə, iclasın yekununda 25 sənəd imzalanıb.

"Sənədlərin əsas hissəsi ölkələrin xarici sərhədlərində, o cümlədən Tacikistan-Əfqanıstan sərhədində və MDB ölkələrinin təhlüksizliyinə təhdid təşkil edə biləcək hissələrində yaranmış vəziyyətlə bağlı müzakirələrin nəticəsinə dair olub. Tərəflər sərhəd təhlükəsizliyinin təminatı sahəsində əməkdaşlıq və informasiya mübadiləsinin həyata keçirilməsi ilə bağlı razılığa gəliblər".

Rusiya sərhəd xidməti komandanı müavini əlavə edib ki, iclas zamanı tərəflər mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, sərhədlərdə miqrasiya prosesləri və digər məsələləri müzakirə ediblər. Tərəflər MDB məkanında təhsil müəssisəslərində zabit heyətinin hazırlanması məsələsini də gündəliyə çıxarıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun