Mətbuat Şurası bəzi saytlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək

Mətbuat Şurası bəzi saytlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək
3 Oktyabr 2017
Mətni dəyiş

Azərbaycan Mətbuat Şurası bəzi saytlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək

Abzas.net xəbər verir ki, bunu MŞ sədri Əflatun Amaşov deyib.

Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyası fəaliyyətini genişləndirib

“Məbuat Şurasının üzvləri, media nümayəndələri həmin komissiyanın işində iştirak edirlər. Artıq bundan sonra Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və digər əlaqədar qurumların nümayəndələri iclaslarda iştirak edəcəklər. Reketliklə bağlı məsələni daha geniş müstəvidə müzakirə edəcəyik. Ola bilsin ki, bəzi məsələlərlə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edilsin” - deyə Amaşov bildirib.

Mətbuat Şurasının sədri qeyd edib ki, ayrı-ayrı əlaqədar dövlət qurumlar öz nümayəndələrini "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasına təhkim ediblər.

Şura sədri qeyd edib ki, yaxın vaxtlarda komissiyanın iclası keçiriləcək

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun