Las-Vegasda atışma baş verib: ən azı 50 nəfər ölüb, 100-dən çox insan yaralanıb [yenilənib]

ABŞ-ın Las-Veqas ştatında yerləşən “Mandalay Bay” otelində açıq havada keçirilən musiqi festivalının iştirakçılarının atəşə tutulması nəticəsində ölənlərin sayı 50 nəfəri keçib.

Hadisəni törədən 64 yaşlı Steven Puddok polis tərəfindən zərərsizləşdirib.

Puddok otelin 32-ci mərtəbəsindən açıq havada keçirilən festivalın iştirakçılarını atəşə tutub.

***

Las-Veqasda baş vermiş atışma nəticəsində ölənlərin sayının 20 nəfəri keçdiyi bildirilir. Ölənlər arasında polis əməkdaşları da var.

Məlumata görə 100 nəfərdən çox insan yaralanıb.

Son xəbərlərə görə hadisəni törədən şəxs öldürülüb.

***

ABŞ-ın Las-Veqas ştatında yerləşən kazinolardan birinin yaxınlığında atışma olub.

Abzas.net xəbər verir ki, bu barədə “The Hollywood Reporter” məlumat verib

Məlumata əsasən, hadisə “Mandalay Bay Casino”-nun konsert salonunda baş verib.

İnsident nəticəsində ən azı 2 nəfər ölüb, 20-dən artıq şəxs yaralanıb.

Məlumata əsasən, naməlum şəxs otelin balkonundan kazinoda konsertə gələn şəxslərə atəş açıb. Atəşin döyüş silahından açıldığı bildirilir.

Polisin insanlara xəbərdarlıq edərək, həmin ərazini tərk etmələrini xahiş edib.

Hadisəni törədən şəxslər hadisə yerindən qaçıblar. Polis hal-hazırda onların axtarışını davam etdirir.