Kərkük tam olaraq İraq ordusunun nəzarətinə keçib

Türkmənlərin sıx yaşadığı Kərkük şəhəri İraq ordusunun nəzarətinə keçib.

Abzas.net xəbər verir ki, bu barədə İraq rəhbərliyi məlumat yayıb.

Məlumata görə, İraqın şimalında yerləşən muxtariyyətin ordusu hesab edilən “peşmərgə” silahlı qrupu Kərkükü tərk edib.

Kərkükdə komendant saatı rejiminin tətbiq edildiyi bildirilir.

Həmçinin, ölkənin şimalındakı Kürd Muxtar Əyalətinə rəhbərlik edən qüvvələrə bağlı şəxslər də bölgəni tərk edirlər.

16 oktyabrda İraq ordusu Kərkükdəki neft quyularının yerləşdiyi əraziləri, hərbi hava limanını “peşmərgələrdən” təmizlədiyi barədə məlumat yaymışdı.