İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilən azərbaycanlılara hökm oxunub

İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilən azərbaycanlılara hökm oxunub
4 Oktyabr 2017
Mətni dəyiş

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD terror təşkilatının təkibində vuruşmaqda təqsirləndirilən Afiq Qəhrəmanov və Rəşadət Qasımovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb

Abzas.net xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Qəhrəmanov 10 il və R.Qasımov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, onlar antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, Azərbaycan hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərin törədilməsində təqsirləndirilirlər.

A.Qəhrəmanov və R.Qasımov Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə ittiham olunurlar.

Hər iki şəxs İŞİD terror təşkilatının sıralarına qoşulduqdan sonra Azərbaycana qayıdarkən həbs ediliblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun