İlham Əliyev işlər müdirinin oğlunu nazir təyin etdi [foto]

İlham Əliyev işlər müdirinin oğlunu nazir təyin etdi [foto]
12 Oktyabr 2017
Mətni dəyiş

Prezident İlham Əliyev yeni energetika nazirinin təyin olunması ilə bağlı sərəncam imzalayıb.

Abzas.net xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.

Sərəncama əsasən, Pərviz Oqtay oğlu Şahbazov Azərbaycan Respublikasının energetika naziri təyin edilib.

Yeni energetika naziri Pərviz Şahbazov kimdir?

Pərviz Şahbazov 1998-2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub.

2005-ci ilin avqust ayından Azərbaycanın Almaniyadakı fövqaladə  və səlahiyyətli səfiri vəzifəsini icra edib.

Pərviz Oqtay oğlu Şahbazov prezident İlham Əliyevin işlər müdiri Oqtay Şahbazovun oğludur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun