İlham Əliyev Goranboy rayonunda yol tikintisinə 5.7 milyon manat ayırıb

İlham Əliyev Goranboy rayonunda yol tikintisinə 5.7 milyon manat ayırıb
25 Oktyabr 2017
Mətni dəyiş

Prezident İlham Əliyev Goranboy rayonunda yol tikintisinə 5.7 milyon manat ayırıb.

Abzas.net xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.

İlham Əliyev Goranboy rayonunun Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun tikintisinə 5.7 milyon manat ayırılması haqda sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, on beş min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,7 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun