Helsinki Komissiyası: “Qarabağda eskalasiya hər zaman olduğundan yüksəkdir”

Helsinki Komissiyası: “Qarabağda eskalasiya hər zaman olduğundan yüksəkdir”
19 Oktyabr 2017
Mətni dəyiş

Azərbaycan və Ermənistan arasında hərbi toqquşmaların baş verməsindən təxminən bir il yarım ötdükdən sonra Dağlıq Qarabağda dinc prosesləri izləyən diplomatlar və analitiklər bildirirlər ki, eskalasiyanın artması riski "hər zaman olduğundan yüksəkdir" və hər iki tərəfin öz əhalisini "müharibəyə yox, sülhə hazırlamasından" ötrü inam tədbirlərinin möhkəmləndirilməsi üçün tədbirlərin görülməsinin vaxtıdır.

"Bu, dondurulmuş münaqişə deyil və çox təhlükəlidir", - ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri (1999-2011-ci illər) Keri Kavano oktyabrın 19-da ABŞ Helsinki Komissiyasının keçirdiyi brifinqdə bildirib.

Bu barədə "Turan" İnformasiya Agentliyi məlumat verib.

ABŞ Fransa və Rusiya ilə birlikdə çoxdan Minsk Qrupunun həmsədrləridir. Onlar Azərbaycanla Ermənistan arasında çoxillik münaqişəyə son qoyacaq sazişin tapılmasına çalışırlar. Ancaq son 25 ildə münaqişənin diplomatik yollarla həlli üzrə səylər irəliləyişə səbəb olmayıb.

ABŞ və Rusiya arasında gərgin münasibətlərə baxmayaraq, Dağlıq Qarabağ vasitəçilərin sıx və birgə çalışdığı yerdir", - ABŞ-ın Minsk Qrupundakı keçmiş vasitəçisi Ceyms Uorlik (2013-2016-cı illər) bildirib.

Ötənilki eskalasiya Aİ üçün "gözlənilməz və təhlükəli siqnal oldu", - Beynəlxaq Böhran Qrupundan Maqdalena Qrono bildirib. Onun sözlərinə görə, Dağlıq Qarabağ üzrə danışıqlar eskalasiya riskini minimuma endirməlidir, çünki münaqişənin yenidən başlanması üçün real təhlükə var.

"Ermənistan və Azərbaycan arasında siyasi və hərbi əlaqələrin olmaması çox təhlükəlidir", - o əlavə edib. "Münaqişənin eskalasiyası ciddi regional nəticələrə gətirib çıxara bilər", - o vurğulayıb.

Uorlik əlavə edib ki, sülh tərəflərin hamısı üçün yüksək nəticə verə bilər: Ermənistan sərhədlərin açılmasına, böyük təhlükəsizliyə, ticarət, səyahət üçün yeni imkanlara, qonşuları ilə qarşılıqlı fəaliyyət imkanlarına nail olar, eyni zamanda Azərbaycan minlərlə qaçqının, məcburi köçkünün öz evlərinə qayıtması üçün maneəni aradan qaldırmış olar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun