Gürcüstanın Azərbaycana olan borcu 9 milyona yaxındır

Gürcüstanın Azərbaycana olan borcu 9 milyona yaxındır
12 Oktyabr 2017
Mətni dəyiş

2017-ci ilin oktyabrın 1-nə Gürcüstanın xarici dövlət borcu 5 mlrd. 5,855 mln. dollar təşkil edir.

Gürcüstanın Maliyyə Nazirliyi bildirir ki, borcun 4,963 mlrd. dolları hökumətin payına düşür.

Qonşu ölkənin Azərbaycana olan borcu 8,995 mln. dollar təşkil edir.

Gürcüstanın ən çox Almaniya (288 mln. dollar), Yaponiya (207 mln. dollar) və Fransaya (131 mln. dollar) borcu var. Türkiyə, Rusiya və Ermənistana Gürcüstanın dövlət borcu müvafiq olaraq 17,2 mln., 72,5 mln. və 10,3 mln. dollar təşkil edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun