General Kelly əsgərin dul arvadı ilə qalmaqalda Trump-ı müdafiə edib

General Kelly əsgərin dul arvadı ilə qalmaqalda Trump-ı müdafiə edib
20 Oktyabr 2017
Mətni dəyiş

Ağ Evin qərargah rəisi "xudbin" konqres nümayəndəsinin "prezident Trump əsgərin dul arvadını ağladıb" iddiaları ilə bağlı kəskin danışıb.

General John Kellydeyib ki, Demokratların prezidentin mərhum serjant La David Johnson-un arvadına başsağlığı zənginə etdikləri tənqidə görə "qəlbi sınıb".

SerjantJohnson Nigerdə islamçı yaraqlılar tərəfindən öldürülən dörd əsgərdən biridir.

General Kelly deyib ki, oğlu 2010-cu ildə Əfqanıstanda öləndə o vaxtkı prezident Barack Obama ona zəng vurmayıb.

Sgt Johnson's widow with his coffin at Miami International Airport, 17 Oct 17Fotonun müəllifiCBS NEWS/US ARMY
Image captionSerjant Johnson və daha 3 hərbçi Nigerdə öldürülüb

Florida ştatından olan Demokrat çərşənbə günü bildirib ki, o, mərhum əsgərin dul arvadı Myeshia Johnson ilə danışan prezident Trump-ı dinləyib. Demokrat iddia edir ki, prezident xanım Johnson-a vəfat etmiş əri barəsində "o, nəyi imzaladığını bilirdi, amma təsəvvür edirəm ki, yenə də ağrılıdır" deyib.

Demokrat deyir ki, serjant Johnson-un nəşi təyyarə ilə Mayamiyə gətiriləndən az müddət sonra prezidentin bu sözləri deməsi əsgərin dul arvadını ağladıb.

Prezident konqress nümayəndəsinin bu iddialarını "tamamilə uydurulmuş" adlandırıb.

Cümə axşamı general Kelly deyib ki, o, prezidentə Nigerdə həlak olan dörd amerikalı hərbçinin yaxınlarına zəng vurmamağı məsləhət görüb.

"Sizin bu ailələrin yükünü yüngülləşdirmək üçün edə biləcəyiniz heç nə yoxdur", general prezidentə deyib.

General Kelly belə tapşırığı "təsəvvür edə biləcəyiniz ən çətin şey" adlandırıb.

"Mükəmməl telefon zəngi kimi bir şey yoxdur", deyə o əlavə edib.

O, Əfqanıstanda ölən oğlunu xatırladaraq həmin vaxt keçmiş prezident Barack Obama-nın da zəng vurmadığını deyib.

"Bu tənqid deyil, sadəcə deyirəm ki, prezident Obama-nın zəng vurduğuna inanmıram. Bu mənfi bir şey deyil", o əlavə edib.

Mübahisələr bir reportyorun Ağ Evdə cənab Trump-dan "nə üçün hələ də oktyabrın 4-də Nigerdə öldürülən dörd əsgərin ailələrinə zəng etmədiyini" soruşanda başlayıb.

Bu zaman Donald Trump-ın ondan əvvəlki prezident Barack Obama və digər keçmiş ABŞ prezidentlərinin ölən hərbçilərin qohumlarına zəng vurmadığını deməsi narazılığa səbəb olub.

Çərşənbə axşamı cənab Trumpbəyan edib ki, prezident Obama general Kelly-nin ailəsinə də zəng vurmayıb.

Ağ Evdəki brifinq zamanı general Kelly onu da deyib ki, Pentaqon serjant Johnsonvə digər hərbi qulluqçuların öldürülməsinin detallarını araşdırır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun