FED rəhbərliyinə namizədlərin sayı ikiyə enib

FED rəhbərliyinə namizədlərin sayı ikiyə enib
21 Oktyabr 2017
Mətni dəyiş

ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbərliyinə namizədlərin sayı 2-yə enib. 

Bu barədə ABŞ Prezidenti Donald Tramp "Fox Business" kanalına müsaşhibəsi zamanı işarə edib və tezliklə FED-in yeni rəhbərinin kimliyini açıqlayacağını bildirib.

FED rəhbərinin kim olacağına dair qəti fikir açıqlamayan Tramp bu posta iki namizədin - John Taylor və Gerome Powell qaldığını deyib.

Bir qədər əvvəl bu posta 8 namizəd olub. Analitiklər bu iki namizədlə yanaşı, FED-in hazırkı rəhbəri Cannet Yellen də şansının olduğunu bildirirlər.

"Fox Business" kanalının əldə etdiyi məlumata görə, J.Teylorun namizədliyi ABŞ-ın vitse-prezidenti Michael Pence  tərəfindən, Gerome Powellin - maliyyə naziri Steven Mnuchin tərəfindən dəstəklənir. Ekspertlər Trampın hər 2 namizədi FED-in idarəetməsinə gətirəcəyini bildirirlər. Onlardan biri FED rəhbəri, digəri isə hazırkı FED rəhbərinin köməkçisi Stanley Fischer əvəz edəcək.

Analitiklər Trampın yumşaq monetar siyasət tərəfdarı olmasını nəzərə alaraq Gerome Powellin FED rəhbəri postuna daha real namizəd olduğunu bildirirlər. Həmçinin, J.Teylorun bir müddət əvvəl Nyu-York FED-in rəhbəri, nüfuzlu maliyyəçi William Dudley açıq tənqid etdiyi deyilir.

"Report"un analitik qrupu bildirir ki, Gerome Powell FED rəhbəri olacağı təqdirdə dolların məzənnəsində ilk mərhələdə ucuzlaşma müşahidə olunacaq. Lakin daha sonra diqqətlər yenidən ABŞ iqtisadi göstəricilərinə yönələcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun